XtGem Forum catalog
GERI))BAS SEHIFEYE DON!!!
Coollogo com-296453995



                                                AzNeTiN EN BOYUK FILM SAYTI

                                                            AzFilM.wap.sh


TECILI CHAT SATILIR UCUZ VE COX FUNKSYALI

---------------------------------


Real hekayeler)) AzFilM.wap.sh
Bir manata dolanan aile
Usaq
(1ci hisse)Bəli mən bir fəhlə ailəsində
göz açmışam. Atam demək
olar ki, günün yarısını
işləyirdi amma bizi saxlaya
bilmirdi ... Özüm haqda sizə
biraz məlumat verim ... Mənim
adım Yusifdir ... Mənim
məndən 3 yaş balaca olan
birdə bacım var ... Mənim 15,
bacımın isə 12 yaşı var ...
Atam fəhlə, anam isə evlərdə
xadimə işləyir ... Bir gün
atamın anama - artıq özümü
pis hiss edirəm və diyəsən
artıq işləyə bilməyəcəm
sözlərini eşitdim. Çox pis
olmuşdum. Çünki, atam bizim
evin çörək gətirəni idi. O əgər
işləməsəydi biz acımızdan
artıq ölərdik !!! Amma nə edə
bilərdim ki, atam gözümün
qabağında əriyib gedir,
anamın isə fikirdən saçları
ağarırdı ... Bacım isə
məktəbdən gəlir və hər
səfərində də məktəbdə
müəllimlərinin pul
istədiklərini deyirdi və pul
istəyirdi... Günlər həftələri,
həftələr ayları, aylar isə
illəri yola verirdi biz isə
hələdə quru çörək yeyirdik bir
stəkan su ilə ... Günlərin bir
günü idi... (ardi var...)

II hisse
Mən dərsdən cox gözəl cavab
verdiyimçün müəlliməm mənə
"5" vermişdi və mən sevincli
halda evə gəlirdim. Amma nə
görsəm yaxsidir?! -
həyətimizdə çadırların
olduğunu gördüm ...Əvvəl nə
olduğunu anlamdım! Amma
qohumlarımın: - Həsən yaxşı
bir insan idi. Allah rəhmət
eləsin! Həsən mənim atamın
adı idi. Bundan sonra artıq
mənə hər çey aydın idi ... Elə
bil məni yuxudan oyatdılar !!!
Sanki, ayaqlarım tutuldu və
ikiyə qatlanaraq, yerə
çökdüm ... Ölən mənim atam
idi ... Evimizin dirəyi, bizə
çörək gətirənimiz idi ... Mən
artıq hər şeyin bitdiyini və
mənə görə artiq zamanın
durduğunu hiss etdim ...
Anamın, bacımın və
qohumlarımın ah - nalələri,
ağlamaq səsləri qulağıma
gəldikcə elə bil başımdan
ayağıma qədər qaynar suların
axdığını hiss
eləyirdim ...Beynimdə isə bir
sual var idi ... - Yusif indi sən
nə edəcəksən ??? Bir tikə
çörək pulunu indi mən necə
qazanacam ??? ... İllər keçdi
atamın ölümündən biz isə
atamın vaxtında tapıb
yediyimiz quru çörəyi indi heç
tapa bilmirdik ...

III hisse
Çox vaxt gecələr ac
yatırdıq ... Elə günlərdə
olurdu ki, aclığımızı yatırmaq
üçün ancaq su içirdik ... Bəli
biz belə yasayırdıq ... Yarı
tox ... Yarı ac ... Elə bilməyin
ki, mən işləmirdim.
İşləyirdim ... Böyük bir
şirkətin ayaqyolunu
təmizləyirdim. Atamın
olmadıgı üçün, yetim olduğum
üçün mənə gündə 1 manat
verirdilər ... Bəli düz
oxudunuz !!! İndi də 1 manata
dolanan ailələr var bizim
kimi ... Anamda artiq
işləmirdi. Artıq yataq
xəstəsinə çevrilmişdi. O, yarı
ac, yarı tox yasadığımız üçün
mədəsi yara olmuşdu. Buna
görədə o, xərçəng xəstəliyinə
tutlmuşdu. Artıq bacımda
məktəbə getmirdi. Çunki,
dəftər, qələm almağa
pulumuz yox idi. Buna görədə
onu məktəbdən xaric
etmişdilər, eləcə də məni ...
Mən elə vaxt olurdu ki, özümə
qəsd eləmək istəyirdim !
Amma şükür Allahıma ki, 1
manata dolanmağımıza
baxmayaraq o çətinlikləri
yola verə bildik ... İndi hal -
hazırda mən hüquqşunasam və
dövlət işində işləyirəm və
yüksək əmək haqqı alıram !!!

IV hisse
Elə yüksək əmək haqqı alıram
ki, həmin əmək haqqı bəlkədə
o vaxlar bizi o gündən xilas
edə bilərdi. Amma Allahın bizə
yazdığı taleh belə idi. Bizdə
onun bu yazdığı talehi ilə
razılaşmışdıq
artıq ...Məsləhət sahibi belə
olmasını istəyirmiş, belədə
oldu ... Amma indiki halımıza
çox şükür !!! ... Bacım isə
oxuyub hekim oldu. O indi
dövlət xəstəxanalrının
birində Baş Cərrah
vəzifəsində çalışır ... Kaşki,
bu veziyyətimizi anamızda
görərdi və bizimlə fəxr
edərdi... Onuda qeyd etmək
istərdim ki, bizi oxudan və o
çətinlikdən bizi xilas edən
dayım oldu .. Anam xərçəng
xəstəliyindən rəhmətə
getdi ... Bu xəbəri eşidən
dayım Moskvadan gəlib bizə
dayaq durdu ... Sizlərə
məsləhətim budur ki, sizdən
maddi cəhətdən aşağı olan
ailələrə daima yardım
göstərin !!! Çünki, onların
buna heqiqətən ehtiyacları
var !!! ... Nə vaxtsada imkanlı
olsanız, hec vaxt keçmişinizi
unutmayın !!! İmkansız
ailələrə köməklik
göstərməyiniz Allahada xoş
gedər və ən böyük savab
qazanarsınız !!! ...

-_-_-\-\-\-\-\-\-\-_-_--_
QEMLI HEKAYE
1ci hisse))Hələki 18 yaşındaydı.., amma həyatının
sonundaydı. Müalicəsi mümkün
olmayan xərçəng xəstəsi idi. Qəhr
içərisində özünü evə qapamışdı. Küçəyə
belə çıxmırdı. Anası.. Birdə özü.- Bütün
həyatı bundan ibarət idi.
Ama bir çox sıxıldı,dayana bilmədi və
küçəyə çıxdı.Bir yığın vitrinin
qabağından keçdi.Tam bir CD satan
dükanıda geridə buraxmışdıki,bir an
durdu.Geri döndü,içəri gözünə xəyal-
məyal görünən gənc qıza bir də
baxdı.Öz yaşlarında mükəmməl bir gənc
qızdı dəzgahdar.İlk baxışda sevgi
deyerlər yaaa,,

2ci hisse))elə taxılıb qalmışdı
qıza..İçəri girdi.Gənc qız gülümsəyərək
ona tərəf gəldi və soruşdu:
Sizə necə kömək edə bilərəm?---necə
bir gülümsəməydi o..Elə həmin yerdə
qucaqlayıb öpmək istədi qızı..
Kəkələdi,gəvələdi və sonunda qıza HƏ
deyə bildi.Gözünə görünən ilk valı işarə
etdi."Hə...bu CD-ni mənə paketləyə
bilərsiniz?"..Qız CD-ni götürdü və içəri
getdi.Az sonra paketləyərək geri
gəldi.Aldı paketi,geriyə-evə gəldi və
paketi açmadan siyirməsinə atdı.Səhəri
gün yenə getdi həmin dükana.Yenə bir
CD göstərdi qıza,paketlətdirdi,aldı və
evə gətirdi,yenə açmada atdı
siyirməsinə..Günlər həmişə alınıb
paketlənən CD-lərlə keçdi.

3cu hisse))Qıza
hisslərini deməyə heç cür cəsarət edə
bilmirdi..Sonunda anasına dedi.Anası isə:
Get danış oğlum,nə var bunda?-
dedi.Ertəsi gün bütün cəsarətini
topladı.Erkəndən dükana getdi.Bir CD
seçdi.Qız gülərək valı aldı və arxaya
paketləməyə getdi.Qız işəridəykən bir
kağıza"Sizinlə bir gecə çıxa
bilərik?"deyə yazdi,altından telefon
nömrəsini yazıb qızın kassasının üstünə
gizlicə qoydu..Sonra paketini alıb yenə
dükanı tərk etdi.2 gün sonra evin
telefonu çaldı.Anası cavab verdi..CD
dukanındakı dəzgahdar qız idi zəng
edən..Oğlanı istədi.Yazdığı notu hələ
yenicə tapmışdı.Ana ağlayırdı
və"eşitməmisiniz?"dedi.
"Dünən itirdim oğlumu..

4cu hisse)))Cənazədən bir neçə gün sonra ana
oğlunun otağına girməyə cəsarət etdi
sonunda.Ortalığı yığışdırmalı idi.Oglanın
siyirməsini açdı.Oraya atılmış bir yığın
açılmamış paket gördü.Paketləri
götürdü və oğlunun yatağına qoyaraq
birini açdı.İçində bir CD vardı və birdə
kiçik not.."Salam sizdən çox xoşum
gəldi.Daha yaxından tanımaq istəyirəm
sizi.Bir gecə birlikdə çıxaq?..Hörmətlə-
Jale" Ana bir paket daha açdı.Ondada
bir CD və birdə not vardı..
"Siz həqiqətəndə çox yaraşıqlı və
şirinsiniz..Artıq bu gecə məni dəvət
edin...

-_-_-/-/-/-/-/-/-/-/-_-_-_
Super Sevgi hekayesi
1 bolum)))Bakı dövlət universtitetinin 2-ci
kursunda oxuyurdum..Hər gün səhər
Elmlər Akademiyası metrosundan çıxıb
dərsə gedirdim..və hər gün yolun
solundakı gül mağazasını bir oğlan
açırdı..Çox yaraşıqlı,hündürboy bir oğlan
idi..Artıq onu görməyi adət
etmişdim..Arada dərsə gecikəndə onun
mağazasının qarşısında keçəndə qapının
ağzında durub mənim keçməyimi
gözlədiyini görürdüm..Çox vaxt məni
görüb gülümsəyirdi,mən isə utanıb
başımı aşağı salıb keçirdim..Nə deyim
çox xoşuma gəlirdi həmin oğlan..Yəqinki
onunda mənnən xoşu gəlirdi..Hər dəfə
dərsdən qayıdanda özüm qəsdən həmin
yerdən yavaş-yavaş keçirdimki bəlkə
oğlan mənə yaxınlaşıb nəsə dedi,amma
həmişədə mənə gözlərin zilləyib
susurdu..Məndə ürəyimdə ‘aydaa bu dəli
niyə mənə yaxınlaşmır axı ’ deyib pis
olurdum.. Bir gün anamın ad günü
idi..Qrupda qızlardan soruşdumki nə
hədiyyə alım..Qızlar qəşəng buket
almağı məsləhət bildilər..Həmin an
ağlıma həmin oğlanın gül dükanı
gəldi.

2 bolum))Dedim dərsdən çıxanda həm
oğlanla biraz söhbətləşərəm,həmdə
buket alaram..Nəysə dərs qutardı,qrup
halında dərsdən çıxdıq..Başım yolda
söhbətə qarışdı birdə gördüm artıq gül
dükanına çatmışıq..və həmin yaraşıqlı
oğlan həmişəki kimi mənim ordan
keçməyimi gözləyir..Qrup yoldaşlarıma
mən gül dükanına girirəm
dedim..Qrupumuzdan bir oğlan mənimlə
gəldi..Mağazaya girəndə həmin oğlanı
daha yaxında gördüm..İndiyə kimi ona
bu qədər yaxın olmamışdım..Oğlan
mənim içəri gördüyümü görüb
tutuldu,mən isə utanırdım..Yanımdakı
qrup yoldaşım mənə necə bir gül
istəyirsən deyə soruşdu..Mən isə əlimlə
qızılgülləri göstərib bax onnardan bir
buket istəyirəm dedim..Amma fikrim
həmin oğlanda idi..İçəridə bir xanım
satıcı var idi,o bizə
yaxınlaşdı..Xoşlandığım oğlan isə
kənarda durub mənə baxırdı..Satıcı qıza
gülləri göstərdim..Qız gülləri oğlana
Verdi, o isə mənə super buket duzeltdi

3bolum)))Cooox gözəl düzəltmişdi..Ona
çox sağol dedim,o isə mənə heçnə
demədi..Biraz pis oldum..Satıcı qızdan
qiymətin soruşdum,pulu çıxardıb
vermək istəyəndə qrup yoldaşım özü
çıxardıb Verdi və gülləri qızdan alıb
mənə uzatdı..Həmin an xoşlandığım
oğlan arxa otağa keçdi və çölə
çıxmadı..Nəysə sağollaşıb ordan
çıxdıq.Evə gəldim ,hədiyyəni anama
verdim,evdə hər kəs,qonaqlar buketin
çox gözəl olduğunu dedilər..Məndə
həmişə o buketə baxanda həmin oğlan
yadıma düşürdü..Amma səhər onu yenə
görəcəkdim..Buna görə səhərin tez
açılmağını gözləyirdim..Artıq o oğlanı
sevməyə başlamışdım..Bəlkədə o məni
sevmirdi amma mən onsuz
həyatımı,gələcəyimi təsəvvür edə
bilmirdim..Səhər açılar açılmaz
universtitetə tələsirdim..

4)Ən çoxda
həmin oğlanı görmək üçün..Metrodan
çıxıb həmin dükanın qarşısından
keçəndə oğlanın orda olmadığını
gördüm..Bir anlıq tutuldum..Axı o hər
gün məni gözləyirdi(( nə oldu buna?
Yavaş-yavaş dükana yaxınlaşdım qapısı
bağlı idi..Dayanıb gözlədim , dərsə
getmədim..Dedim gəlsin deyəcəm ona
artıq onnan xoşumun gəldiyini..1 saat
keçdi amma gəlmədi..Sonra orda satıcı
işləyən qız gəlib çıxdı..Məni görən kimi
tanıdı.. - Aaa siz? - Bəli mən,dünən
burden buket almışdım.. - Bilirəm
sevglinizlə gəlmişdiz.. - Nə sevgili? O
mənim qrup yoldaşımdı! - Doğurdan ?
bəs sizə niyə gül alırdı? - Onu mənə
yox,mən anama alırdım..sadəcə pulu o
Verdi.. - Doğurdan?(( - əlbəttə! Bəs
burda işləyən oğlan hardadı? - Muradı
deyirsiz? O dünən sizin yanınızdakı
oğlanı sevgiliniz bildi..O neçə vaxtdır sizi
izləyir..Sizdən çox xoşu gəlir,bəlkədə
sevir..Dünəndə burda size oğlanla
görəndə çox pis oldu..Burdan işdən
çıxdı..

5bolum)))Yəqinki birdə size görmək
istəmirdi..Hər gün bu dükanın
qarşısından keçərək ona əzab
verəcəkdiz. - Adı Muraddı? Bəs niyə
mənə yaxınlaşmırdı? Mənimdə onnan
xoşum gəlir,həmdə çooox..Amma o
mənimlə heç danışmaqda istəmir. -
Xanım o oğlan lal və kardı..amma buna
baxmayaraq çox mədəni bir
oğlandı..Sizinlə danışmaq
istəməməsinədə səbəb bu idi..Yəqinki
utanırdı və size itirməkdən
qorxurdu..Burda isə hər kəs onun xətrin
çox istəyirdi,çox gözəl buketlər
bağlayır. - O indi hardadı? - Bilmirəm
hardadı,sadəcə olaraq işdən çıxdı və
dünən siz gedən kimi çıxıb getdi..
Ağlaya,ağlaya universtitetə
getdim..Sən demə Murad lal və kar
olduğu üçün mənə yaxınlaşmaqdan
utanırdı..Axı niyə indiyə kimi bunu hiss
edə bilməmişdim?!! Hər nə olursa olsun
mən onu Sevirdim!Amma artıq onu görə
bilmiyəcəkdim

6bolum)))Görəsən o
haralardadı..Sonuncu dərsdə gücnən
oturmuşdum,zəng vuruldu,təkbaşına
fikirli- fikirli evə qayıdırdım..Ağlım
başımda deyildi..Ağlımda tək Murad var
idi..Yolu keçərkən birdən maşın
tormuzunun uğultulu səsini
eşitdim..Kimsə məni arxadan itələyib
kənara atdı..Yerə yıxıldım..Ayağa qalxıb
çevrilib maşına baxdım qarşısında bir
oğlan yıxılıb qalmışdı..Bütün tələbələr
başına yığılmışdı..Şofer isə qışqıraraq
”Mənim günahım yox idi,bu qız çıxdı
qabağıma və bu oğlanda qaçaraq gəlim
onu itələdi”..O oğlan məni xilas
etmişdi,amma özü qan içində yerdə
yatmışdı..Gözlərimnən yaş süzülə-
süzülə titriyə-titrəyə oğlana
yaxınlaşanda şoka girdim..Bu Murad
idi..Mənim sevdiyim o lal oğlan..Həyatını
mənə görə qurban
vermişdi..

7bolum)).Qulaqlarından qan açılmışdı..Bütün tələbə qızlar,hətta oğlanlar ağlayırdı..Muradı qucağlayıb SƏNİ SEVİRƏM MURAD!!! ÖLMƏ deyə qışqırdım..! amma nəfəsi zəif gəlirdi.. Sonra təcili yardım maşını gəldi Muradı xəstəxanaya apardılar..Məndə getdim onunla..Onu əməliyyat elədilər..3 saat gözlədim xəstəxanada..Anam zəng etdi,yalannan uşaqlarnan gəzməyə getmişik dedim..Çox ağladım,arada huşumuda itirdim ,tibb bacıları elə bilirdi bacısıyam onun..Sonra oğlanın qardaşı gəldi..Oda ağlayırdı..Muraddan fərqli olaraq o danışa bilirdi..Mənnən kim olduğumu soruşdu,mən isə sadəcə Muradın dostu olduğumu dedim..O mənə Muradın 3 yaşında ikən qəza keçirdim lal və kar olduğunu və onunla necə dost ola biləcəyimi soruşanda tutuldum,elə bu vaxt həkim çölə çıxaraq əməliyyatın uğurlu olduğunu və hətta Muradın dilinin açıldığını və eşitdiyini dedi


1374354001-346
ANA SEHIFE